Fontu böyüt:
Britanyialı cərrahlar orqanizmdə maddələr mübadiləsini sürətləndirən və aclıq hissini aşağı salan cihaz kəşf ediblər. Kiçik plastik karta bənzəyən cihaz qarın nayihəsində dəri altında yerləşdirilir. Mikroçip PYY hormonu yaradan impulslar buraxır. Məhz bu hormon iştahanı aşağı salır və orqanizmə qidanı tez həzm etməyə kömək edir.
MIGnews.com xəbər verir ki, bununla da insan hər ay 5 kq artıq çəkidən qurtulmaq imkanı qazanır. Bu çipdən hətta hər gün insulin iynəsi vurmayan insanlar da istifadə edə bilərlər. Bu cihaz, həmçinin, mədəaltı vəzi hüceyrələrini fəallaşdırır.