Fontu böyüt:
Xəbərlər.az məlumat verdiyi kimi, Azərbaycanda sentyabr ayında yeni televiziya kanalı MTV-Azərbaycan açılacaq. Bununla bağlı MTV-nin Avropa üzrə prezidenti Neil Şarma 26-28 may tarixlərində ölkəmizə səfər edib. Səfər müddətində Şarma Heydər Əliyev fondunun nümayəndələri ilə görüş keçirib. Görüşdə MTV-Azərbaycan layihəsi haqda ətraflı müzakirələr aparılıb. Bundan başqa birgə əməkdaşlıq barədə söhbətlər olub.
Xatırladaq ki, MTV-Azərbaycan kanalının açılışı təntənəli şəkildə qeyd olunacaq. Bir çox dünya ulduzunun festivalda iştirakı nəzərdə tutulub.