İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda internet xidmətlərinə dair tariflərin endirilməsi davam edir

05.03.2009 [20:20]

Fontu böyüt:      

Azərbaycanda internet xidmətlərinə dair tariflərin endirilməsi davam edir. Belə ki, bir sıra provayerlər bu ayın əvvəlindən etibarən yenidən öz xidmətlərinin qiymətlərini endiriblər. Xüsusilə bu sırada yeni tarif planlarını artıq təsdiq etmiş Uninet, Connect, Ultel, Intrans, və Azeurotel şirkətlərini qeyd etmək olar.

Azərbaycanda internet xidmətlərinə dair tariflərin endirilməsi davam edir. Belə ki, bir sıra provayerlər bu ayın əvvəlindən etibarən yenidən öz xidmətlərinin qiymətlərini endiriblər. Bu haqda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.İnternet tarif planlarında mütəmadi olaraq endirim edən şirkətlətə misal olaraq Uninet, Connect, Ultel, Intrans, və Azeuroteli qeyd etmək olar. Qeyd edək ki, bundan əvvəl fevral ayının əvvəlində provayderlər tərəfindən tariflər artıq endirilmişdir.

Tariflərin endirilməsi Tarif (qiymət) Şurasının müvafiq qərarından sonra mümkün olub. Həmin qərara yanvar ayının 15-dən etibarən, 2 Mbit/san şəhərdaxili rəqəmsal kanalların (portların) istifadəyə verilməsi tarifləri digər abonentlər (büdcə təşkilatları istisna olmaqla) üçün 1200 manatdan 600 manata (50%), onlardan aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata (6,3%), rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə (Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan 200 manata, hər tam və natamam 50 km məsafəyə görə 2 Mbit/san tutumundan istifadə tarifləri isə 180 manatdan 150 manata (16,7%) endirilmişdir.
Bundan əlavə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat Birlikləri tərəfindən internet provayderlərin ADSL xəttinə qoşulma haqqı 10 manatdan 5 manata, aylıq istifadə haqqı isə 4 manatdan 2 manata endirilmişdir.

Azərbaycanda İnternet axınının satışı ilə məşğul olan Delta Telecom şirkəti internet-provayderlər üçün qiymətlərin iki dəfə endirilməsi barədə elan etmişdir.

Bütün bu addımlar internet provayderlərin xidmətlərinin maya dəyərinin azalmasına, nəticə etibarilə son istifadəçilər üçün internet xidməti tariflərinin azalmasına imkan yaradır.

Qeyd etmək lazımdır ki, təkcə son 2 ay ərzində Azərbaycanda internet xidmətlərinə dair tariflərin iki dəfədən də artıq enməsi müşahidə olunur. Belə ki, ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb sürətlə limitsiz internet xidmətlərinə görə aylıq ödəniş 60 manatdan 165 manatadək təşkil edir. Həmin paketin respublika üzrə orta qiyməti isə təxminən 130 manatdır.

Xatırladaq ki, Azərbaycanda internet xidmətlərinin təqdim olunması üçün xüsusi icazə (lisenziya) tələb olunmur və şirkətlər azad rəqabət qaydalarına uyğun olaraq göstərilən xidmətlərə dair tarifləri özləri endirirlər. Hazırda ölkədə 30-dan çox provayder şirkəti fəaliyyət göstərir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar