İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Akif Əlizadə: “Qabaqcıl texnologiyaların tətbiqi istiqamətində ciddi islahatlar həyata keçirilir”

20.12.2013 [09:37]

Fontu böyüt:      

Azərbaycanın intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir.
Azərbaycanın intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir.
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, islahatlar zamanı elmdə innovasiyanın, İKT-nin, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir.
 
 "Bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır" - deyən A.Əlizadə bildirib ki, hazırda AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin, ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib.
 
Onun sözlərinə görə, alimlərin sosial-məişət problemləri, xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır.
"İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir. Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur. Çünki ölkə prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər edib. Hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri kadr hazırlığı məsələsidir və bu prosesdə gənclərin potensialından səmərəli istifadə etməliyik"- deyə, AMEA prezidenti vurğulayıb. (ictnews.az)
 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar