İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yaponiyanın nümayəndə heyəti Azərbaycana niyə gəlir?

26.02.2013 [09:56]

Fontu böyüt:      

«APA-Economics»in məlumatına görə, Yaponiyanın nümayəndə heyətinin təmsil etdiyi dövlət və özəl qurumlara xeyli sayda əhəmiyyətli qurumların nümayəndələri daxildir
«APA-Economics»in məlumatına görə, Yaponiyanın nümayəndə heyətinin təmsil etdiyi dövlət və özəl qurumlara ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, «Mitsubishi Electric Corporation», «Nippon» elektrik korporasiyası, «IHI Corporation», «IHI Aerospace Co.», «PASCO», «JAMSS», «Sumitomo», «Itochu Corporation», Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri cəmiyyəti daxildir.

Fevralın 28-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə fevralın 27-28-də Bakıda «Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı» («Azerbaijan-Japan Space Sector Workshop») keçiriləcək.

 Qeyd edək ki, nümayəndə heyətinin fevralın 26-da Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.

Fevralın 28-də isə yaponiyalı qonaqların nazir müavini Elmir Vəlizadənin müşayiəti ilə baş nazirin müavini, Yaponiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Abid Şərifovla görüşünün keçirilməsi planlaşdırılır.

Həmçinin, fevralın 28-də nümayəndə heyətinin Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar