İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

CNN beynəlxalq televiziya kanalı Türkiyədən üzr istədi

31.08.2009 [12:33]

Fontu böyüt:      


Amerikada yayımlanan CNN beynəlxalq televiziya kanalı Türkiyə sərhədlərini də içinə alan qondarma “Kürdüstan”ın xəritəsini nümayiş etdirdiyi üçün Amerikada yaşayan türk toplumundan üzr istəyib.Müasir Ermənistanın xəritəsinə oxşayan “Kürdüstan” xəritəsi CNN-də bu ayın 21-də yayınlanıb. Bundan dərhal sonra amerikalı türklər dünyanın ən böyük televiziyasını faks, e-mail, məktub və telefon mesajı “atəş”inə tutaraq böyük siyasi təhrifə öz etirazlarını bildiriblər.

Böyük xətaya yol verdiyini anlayan teleşirkət rəhbərliyi çıxış yolunu buraxdığı səhvi düzəltməkdə görüb və dünən axşam CNN-in aparıcılarından Kempbel Braun canlı yayımda türklərdən üzr istəyib: “Keçən cümə günü yayınladığımız bir xəritədə buraxılan səhvi düzəlmək istəyirik. İstifadə etdiyimiz xəritədə ”Kürdüstan deyə bir bölgə müəyyən edilib göstərilmişdi. Bu xəritədə xətalı olaraq İran və Türkiyəni əhatə edən bölgədə belə bir ölkə olduğu iddia edilmişdi. Bu üç ölkədə çox sayda kürd yaşamasına baxmayaraq “Kürdüstan” deyilən bir dövlət yoxdur. Səhvimizə görə üzr istəyirik.

CNN-in ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Bricit Leninger də ABŞ-da yaşayan türk toplumunu birləşdirən ən aparıcı və nüfuzlu quruluşlardan biri olan ATAA-nın (Türk-Amerika Dərnəkləri Assambleyası) başqanı Günay Evinçə məktub yollayaraq bildirib: “Buraxdığımız ciddi səhvi fərq etdik və üzr diləyirik”.

Beləliklə, qürbətdə yaşayan türklərin vətənpərvərliyi və həmrəyliyi elektron medianın “dev” quruluşunu bu sayaq öz səhvini düzəltməyə vadar edib. Parlaq örnəkdir.//"Yeni Müsavat"


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar