Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti müştəri xidmətlərinin keyfiyyətinin təkmilləşdirməsi çərçivəsində mobil telefon rabitəsinə əsaslanan yeni elektron servisi işə salıb.
Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti müştəri xidmətlərinin keyfiyyətinin təkmilləşdirməsi çərçivəsində mobil telefon rabitəsinə əsaslanan yeni elektron servisi işə salıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, avtosığorta müqavilələri üzrə sığorta iddiasının emalı haqqında müştəriləri məlumatlandırmağı sadələşdirmək məqsədi ilə (işin gedişi barədə müştəri şirkətə müraciət edəndən əvvəl xəbər etmək, işin təqib öhdəliyini müştərinin üzərindən götürmək və s.) üçün şirkət yeni SMS-bildirişləri xidmətini tətbiq edib.
Bundan sonra şirkətin müştərilərinə işin açılması, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, hadisənin araşdırılması mərhələləri (məsələn, «araşdırmağa qəbul olunub», «zəruri sənədlər əskikdir» və s.), məsələnin həll olunması haqqında həmin an SMS-bildirişləri göndəriləcək.
Yeni xidmət şirkətin müştəriləri üçün pulsuzdur. Hansı mobil operatorunun nömrəsini işlətdiyinə baxmayaraq hər müştəri sığortaçıdan SMS-bildirişləri alacaq.