İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azerfon şirkəti şəbəkənin müasirləşdirilməsinə investisiyalarını artırır

23.09.2011 [14:55]

Fontu böyüt:      

3G operator olaraq əhaliyə 3G xidmətlərinin çeşidini çoxaltmaq, 3G şəbəkəsini gücləndirmək məqsədi ilə investisiyalar artırılır
Azerfon şirkəti şəbəkənin müasirləşdirilməsi və xidmət keyfiyyətinin qaldırılması üçün Bank Standard-la əməkdaşlıq çərçivəsində əlavə 15 mln. manat vəsait cəlb edir.

Veksel satışından əldə edilən vəsait mobil operator tərəfindən qısa müddət ərzində yeni texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və şəbəkə əhatəsinin gücləndirilməsi üçün istifadə olunacaqdır. Müqaviləyə əsasən veksellərin hazırlanması və satışı ilə bağlı bütün işləri, o cümlədən, potensial investorların cəlb edilməsi Bank Standard tərəfindən həyata keçirilir.

“2011-ci il Azerfon abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. Azərbaycanın ən böyük özəl banklarından olan Bank Standardla həyata keçirdiyimiz veksel proqramı ilk növbədə 3G şəbəkəsinin qısa müddətdə gücləndirilməsinə yönəlib. Hazırda mobil rabitə bazarı artıq doymuş vəziyyətdədir, əhalinin 100%-i mobil telefondan istifadə edir. Lakin, data xidmətlərinin istifadəsinin artımında böyük potensial var və biz də ilk 3G operator olaraq əhaliyə 3G xidmətlərinin çeşidini çoxaltmaq, 3G şəbəkəsini gücləndirmək məqsədi ilə investisiyalarımızı artırırıq. İki ay əvvəl Nokia Siemens Network (NSN) şirkətiilə şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 65mln. ABŞ dolları məbləğində müqavilə imzaladıq. Bank Standard vasitəsi ilə həyata keçirəcəyimiz növbəti yatırım qısa müddət ərzində şəbəkə əhatəmiz və xidmət keyfiyyətinin artmasına səbəb olacaqdır” deyə, Azerfon şirkətinin Baş İcraçı Direktoru cənab Yurgen Pitz qeyd edib.

Öz növbəsində Bank Standard İdarə Heyəti Sədrinin 1-ci Müavini cənab Cavid Quliyev bunları bildirib: “Azərbaycan bank sektorunun liderlərindən biri Bank Standard Azerfon şirkətinin maliyyə tərəfdaşı kimi vəsaitlərin cəlb olunmasını təşkil edir. Apardığımız araşdırma onu göstərir ki, Azerfon şirkəti sürətli inkişaf templərinə görə sərmayəçilərin böyük marağını cəlb etməkdədir. Bu sahədə olan tərcrübəmizi, habelə Azerfonun maliyyə qurumları və geniş ictimaiyyət arasında olan etibar və nüfuzunu nəzərə alaraq əminik ki, Azerfon şirkəti ilə hazırladığımız veksel proqramı çərçivəsində lazım olan vəsait qısa müddət ərzində tam şəkildə cəlb olunacaq. Bank Standard üçün bu layihə ölkənin ən böyük və aparıcı şirkətləri ilə qurduğumuz uğurlu maliyyə tərəfdaşlığının daha bir önəmli nümunəsi kimi ön plana çıxır.”
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar