Fontu böyüt:
“Xarici radiostansiyaların Azərbaycanda yayımının bərpa olunmasında dövlətimizin marağı varsa, qarşılıqlı müqavilə imzalanarsa, biz bu məsələyə baxa bilərik”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli xarici radiostansiyaların yayımının bərpası ilə bağlı sualı cavablandırarkən deyib.
Onun özlərinə görə, məsələ ilə bağlı hələlik dövlətlər arasında hər hansı razılaşma yoxdur: “Biz isə bununla bağlı öz mövqeyimizi ortaya qoymuşuq, Milli Teleradio Şurası artıq bütün ölkələr üçün vahid standart tətbiq edir.
Yəni bir ölkəyə şərait yaradıb, digərinə şərait yaratmamaq fikrindən uzağıq. Ona görə də Teleradio Şurası bütün ölkələrlə bağlı eyni siyasət aparır”.