Milli İnternet Mükafatı - Milli Net 2013 Müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Müsabiqəyə 14 Nominasiya üzrə 401 sayt təqdim edilib. Onlardan yalnız Qaydalara uyğun olan 319 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib
Milli İnternet Mükafatı - Milli Net 2013 Müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Müsabiqəyə 14 Nominasiya üzrə 401 sayt təqdim edilib. Onlardan yalnız Qaydalara uyğun olan 319 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
AİF tərəfindən , Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərindən 13 Münsif 1-ci mərhələdə saytların qiymətləndirməsində iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 12 Nominasiya üzrə 319 sayt arasından ən yaxşılar olan
86 sayt Nominant statusu alıb. 2 Nominasiya üzrə rəqabətli mühit formalaşmadığından bu Nominasiyalara təqdim oluna saytlar digər Nominasiyalar keçirilib.
Səsvermənin 2-ci mərhələsi 04 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə Münsiflər saytları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar
Müsabiqə Komissiyası 15 dekabr tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 24 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 12 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti də Milli İnternet Mükafatına dəstək verirlər.
Geniş məlumat : www.millinet.az