İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

17.05.2012 [12:13]

Fontu böyüt:      

“Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi 15 may 2012-ci il tarixində başa çatıb. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub
“Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatdi
“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunmuşdur

  “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi qaydalara uyğun olaraq, 15 may 2012-ci il tarixində başa çatıb. Müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim olunub. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub.

Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, “Elektron Təhsil” Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaqdır. Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaqdır.  Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq istəyənlərin  sayı 7 min nəfər təşkil edir. Qeyd edək ki, müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil üzrə mütəxəssislərdir.

II mərhələyə keçəcək lahiyələrin ekspertizasını “Elektron Təhsil” Respublika müsabiqəsinin təşkilat komitəsi tərəfindən seçilmiş peşəkarlar və mütəxəssislərdən ibarət olan ekspertlər aparacaqlar. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.


“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təhsil” müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Nar Mobile, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet  texnologiyalardan  tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar