21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda kabel televiziyasının inkişafı nailiyyətlər və perspektivlər mövzusunda 8 xarici ölkənin kabel televiziyaları rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.
Azərbaycan Kabel Operatorları Assosiasiyasının prezidenti Samir Qurbanov qurumun yaradılması zərurətindən danışaraq, problemlərə birgə həll yolunun axtarılmasının vacib olduğunu deyib. Azərbaycanda 14 kabel televiziyasının fəaliyyət göstərdiyini deyən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycan Kabel Operatorları Assosiasiyası qurumun hüquqi bazasının hazırlanması və müzakirəsində şura ilə birgə çıxış edəcək.
Onun sözlərinə görə, kabel televiziyaların 2005-ci ildən lisenziya verilməyə başlayıb. Kabel TV-lərin fəaliyyəti nəticəsində insanların seçim imkanları artıb. Kabel şəbəkəsinin genişləndirilməsi üçün xarici telekanalların yayımı dayandırılıb. Nuşirəvan Məhərrəmli kabel televiziyası ilə bağlı qanuna ehtiyac olduğunu bildirib: “Buna baxmayaraq, biz Milli Teleradio Şurasında bu fəaliyyəti tənzimləyən qaydalar qəbul etmişik. Amma gələcəkdə bu qanunların hazırlanması təbii ki, zəruridir”. Tədbir gedişində Avrasiya Kabel Televiziyası Assosiasiyasının yaradılması barədə niyyət protokolu imzalanıb.