Fontu böyüt:
Amerikanın NASA aerokosmik agentliyi uzaq kosmos üçün nəzərdə tutulmuş məlumat ötürülmə şəbəkəsinin ilk sınaq işlərini uğurla həyata keçirib. Belə ki, bir neçə fotoşəkil “planetlərarası internet” vasitəsi ilə Yer Kürəsindən 32 milyon kilometrlik məsafədə yerləşən kosmik zonda ötürülüb və geri qaytarılıb.Kosmosda məlumat ötürülmə üçün, “yerüstü” şəbəkələrdə tətbiq olunan TCP/IP protokolundan fərqlənən DNT (Disruption-Tolerant Networking - “kəsilmələrə (rabitəsizliyə) davamlı məlumat ötürülmə”) protokolu istifadə olunub.
Planetlərarası internet birləşmələr arasında əlaqənin kəsilməsinə və məlumat ötürülmə zamanı gecikmələrə qarşı olduqca davamlı olmalıdır. TCP/IP-dən fərqli olaraq DNT protokolunda şəbəkə qovşaqlarının daim birləşməsi nəzərdə tutulmur. Əgər qovşaq məlumat paketini təyinatı üzrə göndərə bilmirsə, bu zaman həmin məlumat silinməyərək saxlanılır. Göndərilmə cəhdləri, şəbəkə qovşağının digər qovşaqlarla əlaqə qurulmayana və həmin məlumatı uğurla ötürməyənədək davam edir. Yekunda məlumat təyinatı üzrə ötürülür, RİA Novosti yazır.