21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azadlıq” Radiosu və “Turan” informasiya agentliyinin Naxçıvandakı müxbiri Məlahət Nəsibova dünyada insan haqları sahəsində ən nüfuzlu mükafatlarından biri olan “Rafto” mükafatına layiq görülüb.
“Mən hələ də şokdayam, qulaqlarıma inanmıram, sevincimin həddi-hüdudu yoxdur. Mənə bu barədə məlumat verildikdə elə bildim zarafatdır. Amma internetdə Norveç mətbuatı ilə maraqlananda xəbərin düz olduğunu gördüm. Bu o deməkdir ki, dünyanın ən ucqar yerlərində olsa belə, demokratiya, insan hüquqları, haqq və ədalət uğrunda mübarizə diqqətdən yayınmır. Nə qədər çətin şəraitdə işləsək də bu mənim gələcək fəaliyyətimi də stimullaşdırır”, - deyə M. Nəsibova RATİ-nin əməkdaşı ilə söhbətində bildirib.
Qeyd edək ki, “Rafto” mükafatı ildə bir dəfə dünyada fundamental insan haqları, azad iradə, siyasi azadlıqlar və azad sahibkarlıq uğrunda mübarizə aparan bir nəfərə verilir. Professor Topolf Raftonun xatirəsinə təsis edilmiş mükafat Norveçin Berqen şəhərində “Rafto” fondu tərəfindən laureatlara təqdim edilir. //www.irfs.az