Fontu böyüt:
Məktəbdən qaçır, dərs oxumur ya da müəllimi əsəbiləşdirir... Artıq bunlardan valideynlər dərhal xəbər tutacaq. Uşaqların məktəb həyatı valideynlər tərəfindən birbaşa mobil telefonla izlənə biləcək.
Məktəbdə siniflərə 3G kameraları quraşdırılacaq və valideynlər dərs prosesini heç kəsə mane olmadan müşahidə edə biləcəklər.
Layihə ilk dəfə Bakıda 47 sayılı məktəbdə sınaqdan keçirilir. Həmin məktəbin 20 sinifinə 3G kameralar quraşdırılıb. Sistemin valideyn-müəllim münasibətinə də müsbət təsir edəcəyi gözlənilir.
Müşahidə kameraları lahiyəsi məkətbələrin 1-ci, 2-ci, 3-cü və 4-cü sinifləri üçündür. Sistemin təhsil nazirliyi ilə aparılan danışıqlar nəticəsində ölkənin bütün məktəblərində tətbiqi gözlənilir.
Sistemdən təkcə təhsil sahəsində yox, bir çox iş yerində də istifadə etmək olar. Hətta evlərin təhlükəsizliyində belə. Bu kameralar məsafədən asılı olmayaraq hər yeri göstərir.