İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Dövlət internet mediaya dəstək verməlidir”

29.12.2014 [16:22]

Fontu böyüt:      

Osman Gündüz: İnternet mediaya biznes kimi yanaşırlar.

Osman Gündüz: “İndiki, dövr onu sübut edir ki, kritik anlarda, müəyyən ciddi proseslərin getdiyi bir zamanda əsas rolu məhz internet media oynayır”

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu növbəti ildə də internet mediaya maliyyə ayırmayacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov modern.az saytına açıqlamasında bildirib. Ə. Amaşov qeyd edib ki, hazırda bununla bağlı hər hansı müzakirə aparılmır.

KİV DF tərəfindən internet mediaya maliyyə ayrılmamasının səbəbi nədir?

Hazırda hər hansı qəzetdən daha çoxtirajlı olan və operativliyinə, resurslarına görə əksər mətbuat orqanlarını geridə qoyan internet media qurumları nə üçün KİV DF-nin maliyyə yardımından kənarda qalmalıdır?

Xeberler.az-ın məlumatına görə, məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd etdi ki, hazırki dövrdə dövlət internet mediaya daha çox diqqət ayırmalıdır: “Mənim fikrimcə, Mətbuat Şurasında belə bir fikir var ki, onlar  internet mediaya bir biznes kimi yanaşırlar. Bu doğru yanaşma deyil. Xəbər portalları ilk növbədə məhz media qurumudur. Kritik anlarda, müəyyən ciddi proseslərin getdiyi bir zamanda əsas rolu məhz internet media oynayır. Yəni, hadisələrin operativ işıqlandırılması, ictimai rəyə təsir, informasiya mühitinin yaradılmasında internet medianın xidmətləri daha çox olur. Bütün bu qonşu ölkələrdə baş verən müharibələr, çaxnaşmalar zamanı internet medianın bu rolu təsdiqini tapıb. Azərbaycanı da gələcəkdə ciddi hadisələr gözləyir, Dağlıq Qarabağ müharibəsi ola bilər və sair.

Buna görə, mən düşünürəm ki, bu məsələlərdə internet media daha mühüm oynayır və zaman keçdikcə əhəmiyyəti daha da artacaqdır. Hökumətin internet mediaya dəstək göstərməməklə bağlı siyasəti həm strateji baxımdan, həm Azərbaycan maraqları baxımından qüsurludur. Biz bununla bağlı Prezident Aparatına da təkliflər vermişik, diskussiyalar keçirmişik. Bu barədə ictimai rəy, ekspertlərin rəyi də belədir ki, internet mediaya dövlət dəstəyi məsələsi həll olunmalıdır”. 

İnternet medianın qanunla tənzimlənməsi məsələsinə gəlincə, Osman Gündüz qeyd etdi ki, qanunvericilikdə də bunun mexanizmini müəyyənləşdirmək mümkündür: “Qanunvericiliyə görə, internet də KİV sayılır. Bizdə məhkəmə çəkişmələri zamanı  da internet mediaya KİV haqqında qanunun tələbləri tətbiq olunub. Bu məsələ artıq öz həllini tapıb. Burada müəyyən prosedur məsələləri ola bilər ki, onu təlimatlara əsasən tənzimləmək mümkündür. Əgər hökumətin internet mediaya dəstəklə bağlı  bir müsbət yanaşması olarsa, ondan sonra bu prosesdə iştirak etmək istəyən internet media qurumlarına müəyyən könüllü tələblər qoyula bilər ki, əgər siz dövlətdən dəstək almaq istəyirsinizsə müəyyən şərtlərə əməl etməlisiniz.

Yəni, hər hansı saytın ünvanı, koordinatları, redaksiya heyəti, telefonu, etik prinsipləri, nizamnaməsi və sair olmalıdır. Hökumət belə bir tələblər irəli sürüklə bilər ki, bu da normaldır. Bunu da biz Mətbuat Şurası ilə birgə hazırlaya bilərik. Vaxtilə biz bu istiqamətdə müəyyən addımlar atmışıq. Azərbaycanda İnternet Forumu olaraq Mətbuat Şurası ilə birgə belə bir müzakirələr aparmışdıq ki, hökumətin bu tipli yanaşması olarsa, internet media orqanları ilə bağlı hər hansı şərtlər irəli sürülə bilər”.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar