21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bəyanatda deyilir:“Məlumunuz olsun ki, internetdə www.ria.az ünvanında müstəqil xəbər agentliyi olan Reportyor İnformasiya Agentliyinin online internet portalı fəaliyyət göstərir.Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı,
reportaj, araşdırma, təhlil və köşə janırlarında da oxuculara məqalələr təqdim edir.
Öz fəaliyyətində Azərbaycan xalqına doğru, tərəfsiz və qərəssiz xəbər çatdırmağı, qarşısına məqsəd qoyan Reporytor İnformasiya Agentliyi və əməkdaşları təəssüflər olsun ki, son zamanlar müəyyən təqib və təzyiqşlərlə üzləşib. Əməkdaşlarımızın qarşısı kəsilib hədələnir, saytımızı dağıtmaq üçün hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən “dövlətçilik və ərazi bütövlüyümüz əleyhinə” fəaliyyət göstərən portal kimi hakerlərə saytımızın dağıdılması barədə sifarişlər verilir. Dəfələrlə buna cəhdlər olsa da, istədiklərinə nail ola bilməyiblər.
Biz sifarişçilərin “iddialarını” əsassız hesab edir, bütün bunları, müstəqil mətbuata təzyiq və azad sözün boğulması kimi dəyərləndiririk.
Biz hesab etmirik ki, bu hakimiyyətin yuxarı təbəqələrindən gələn siyasi sifarişdir. Hesab edirik ki, bu, sadəcə ölkədə tüğyan edən məmur özbaşnalığının, vəzifəsinin nədən ibarət olduğunu dərk etməyən, hakimiyyətlə dövlətçiliyin nə olduğunu ayrıd edə bilməyən tənqidə dözümsüz rüşvətxor şəxslərin azad sözü boğmaq cəhdləridir.
Biz adını çəkmək istəmədiyimiz həmin şəxslərdən təqib və təzyiqlərini dayandırmağı, bizimlə əməkdaşlıq edən mətbuat orqanlarına təzymiqlərini dayandırmağı və mətbuata hörmətlə yanaşmağı, kimlərəsə yarınmaq üçün onların “müdafiəçiləri” qismində çıxış etmələrinə son qoymağı və öz vəzifələri ilə məşğul olmağa tənqidə, replikaya dözümlə yanaşmağa çağırırıq. Eyni zamanda müstəqil mətbuatın inkişafında maraqlı olan tərəfləri və kəsləri bizə dəstək olmağa səsləyirik.”
xeberler.az/Ellada