İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İTİDF-in qrant müsabiqələrində ixtira xarakterli layihələrə üstünlük veriləcək

20.09.2013 [11:04]

Fontu böyüt:      

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) keçirəcəyi qrant müsabiqələrinin keçirilməsi qaydalarına Müşahidə Şurası tərəfindən baxılır.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) keçirəcəyi qrant müsabiqələrinin keçirilməsi qaydalarına Müşahidə Şurası tərəfindən baxılır.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, qaydalara görə,  müsabiqədə iştirak üçün yaş həddi qoyulmur. Müsabiqəyə təqdim edilən layihə rəhbəri Azərbaycan vətəndaşı olmalıdır.
Müsabiqədə bir qayda olaraq İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və elmi-texniki layihələrə üstünlük veriləcək.
Müsabiqədə iştirak edəcək layihələrin məqsəd və vəzifələri aydın olmalı, ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə və layihənin kommersiyalaşdırılma potensialı və əsaslandırılmış ideyası olmalıdır. Orijinallıq, ixtiranın mövcudluğu, patent alma ehtimalı  da layihədə üstünlük verə biləcək amillərdir.
 
Layihələr, eyni zamanda, Azərbaycanın iştirak etdiyi beynəlxalq və regional layihələrin icrasında da  effektiv rola malik olmalıdır. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləği məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılmalıdır.
Müsabiqə haqqında elanlar kütləvi və elektron informasiya vasitələrindən (Fondun internet saytı və digər müvafiq internet resursları, informasiya agentlikləri, televiziya, radio, mətbu nəşrlər və s.) istifadə edilməklə və təqdimat tədbirlərinin keçirilməsi yolları ilə təqdim ediləcək.
Bir qayda olaraq eyni şəxs elan olunmuş müsabiqə çərçivəsində təqdim olunan layihələrin yalnız birində icraçı və ya rəhbər qismində çıxış edə bilər. Xüsusi və ciddi əsaslandırılmış hallarda eyni şəxs hər cari müsabiqə elanı üzrə iki layihədən birində rəhbər qismində, digərində iştirakçı statusunda iştirak edə bilər. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar