Fontu böyüt:
2014-cü ilə kimi mobil rabitə sahəsindən, o cümlədən səsli xidmətlərdən, mobil internet vasitəsilə məlumat ötürmə servislərindən və digər müxtəlif xidmət və aidiyyəti reklamlardan əldə olunan gəlir bir trilyon dollardan artıq olacaq.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “Gartner” analitik şirkətinin yeni tədqiqat hesabatında qeyd olunur. “Gartner”in vitse-prezidenti Nik Cons deyib ki, mobil rabitə bazarının üç əsas inkişaf dövrünün şahidiyik: “Birinci dövr “Motorola Razr” kimi əfsanəvi mobil telefonun ərsəyə gətirilməsi və istehsalçıların bazarda dominant mövqe tutması ilə səciyyələnir. İkinci dövr “iPhone” smartfonunun bazara çıxarılması ilə başlanan proqramlar və elektron mağazalar erasıdır. Növbəti mərhələ isə sosial servislər, “bulud” texnologiyaları və multimedia kontentinin axın yayımı dövrüdür. Mobil əlavələr qalacaq, lakin gələcəkdə onlar özlərində daha mürəkkəb həllərin tərkib hissəsini əks etdirəcək”.