21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Toxunma ilə işləyən ekranlar üçün bir sərvət tökməyinizə ehtiyac yoxdur. Quanta daha uyğun bir çıxış yolu təqdim edir.
Optical Touch Screen: Belə ekran kamera sayəsində də mümkündür.
Tayvanlı notebook istehsalçısı Quanta normal monitorları “toxunaqlı ekranlara” çevirən bir kamera sistemini təqdim etdi.
“Optical Touch” adı monitorun kənarlarına yerləşdirilən və əl hərəkətlərini yazan iki kameradan meydana gəlir. O daha çox hərəkət qəbul eləyə bilər. Beləcə sistem Windows 7-nin mərkəzi yeniliklərindən birini dəstəkləmiş olur.
Optical Touchun xüsusilə böyük ekranlarda, ənənəvi toxunaqlı panellərə görə daha ucuz olacağı açıqlandı. Bu texnologiyanı əsas götürən monitor və laptoplar qısa müddət içində ardıcıl istehsala keçəcək.
Quanta Computer dünyadakı ən böyük notebook istehsalçısı və başqa firmaların yanında Acer, Alienware, Apple, Dell, HP, Lenovo və Sony-nin laptoplarını çıxarır.