Fontu böyüt:
Ən çox müzakirə olunan Google Street View-nun Yunanıstanla bağlı planları etirazla qarşılandı.
Yunanıstanın məlumat təhlükəsizliyi ilə məşğul olan orqanları Google-nin bu xidmətinin fərdi azadlıqlara zərər verəcəyini açıqlayıb. Ona görə də, Yunanıstan Street View-nu istəmir.
Etiraz edənlər arasında siyasətçilər də var. Yunanıstanın ictimai sahələrində fotoşəkil çəkmək qadağan deyil. Google-yə qarşı olan bir spiker deyib ki, “bu fotoşəkillər məşhur bir şəkildə dünyaya yayılmadığı üçün risk daşımır”.
Hal-hazırda 9 ölkədə istifadə edilən Street View Yunnıstanda yaımı ilə əlaqədar olaraq Google şirkətinin rəsmiləri bildiriblər ki, bu Yunanıstanda turizmin inkişafı üçün də önəmli addım olacaq.