Fontu böyüt:
İntel İDF-dən yeni və əhəmiyyətli xəbər. Intel Mobility Group-un vitse-prezidenti və baş meneceri Dadi Perlmutter (Dadi Perlmutter) İDF-in mərkəzi platformasında çıxış edərək İntelin noutbuklarla bağlı planlarını danışdı:
Dördnüvəli mobil prosessorlar
Ilk növbədə Perlmutter hi-end-ə məxsus Centrino 2 prosessorlu müasir noutbukların Quad Core texnologiyası ilə, yəni dördnüvəli prosessorlarla işləyəcəyini qeyd etdi. Bunların bəziləri Lenovo
W700 sisteminin noutbuklarıdr.
Dördnüvəli noutbuklarda testlər aparılır. Hələki Quad Core sistemləri hazırlanma mərhələsindədirlər və bu ay ərzində istifadəyə veriləcəklər.
Dəyişdirilmiş qrafik rejimlər
Sonra noutbukların yenilikləri barədə söhbət davam etdirildi. Intelin növbəti işlərindən biri də qrafikanın dəyişdirilməsidir. Onun konsepsiyasını “Z” model sırasından olan Sony VAİO noutbuk seriyası nümayiş etdirir. Diskretlə və birləşdirilmiş qrafika ilə işləmək imkanı noutbukun batareya ilə işləməsi üçün faydalıdır. Artıq düymələri basarkən təsvirin işlənilməsi üçün olan bütün əməliyyatlar NVIDIA qrafik kartının deyil, İntel çipsetinin üzərinə düşür.
Noutbuklar Calpella ilə işləyəcək
Peltmutterin sözlərinə görə, Calpella ilə müqayisədə Centrino 2 artıq zəif sayılmağa başlayacaq. Calpella istənilən formalı noutbuklarda dördnüvəli sistemdə sərbəst işləyəcək
Oğurluğa qarşı yeni sistemlər
Fujitsu və Lenovo oğurluğa qarşı təhlükəsizlik üçün On-the-Go Security adlı yeni texnologiya üzərində işləyir. Bu sistemin köməkliyi ilə oğurlanmış kompüterin bütün məlumatlarını silib onu tamamilə yararsız vəziyyətə salmaq olar. Intelin yeni funksiyası çipsetlərdə yerinə yetiriləcək. Beləliklə, noutbuk oğurlanan zaman onun işə salınması mümkün olmayacaq.
WiMax çipləri 2008-in sonlarında satışa çıxarılacaq
Çiplərin istehsalı barədə artıq çoxdan danışılır. İntel 2008-ci ilin sonlarına WiMax çipləri buraxacağını vəd edir. WiMax noutbukları arasında Dell, Lenovo, Acer və s.-in olması gözlənilir.