Fontu böyüt:
Dəyirmi Masada Təhsil Nazirliyinin, Microsot, HP, İntel, ULTRA və Sinam şirkətlərinin, Azərbaycan İnternet Forumunun , AzEduNet təşkilatının və digər qurumların nümayəndələri iştirak edib.
Müzakirələrdə BKK-nın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində çıxışlar edilib və Təkliflər irəli sürülüb. Təkillərdə İKT sahəsində hazırkı dövrdə daha çox ehtiyac olan ixtiasalar üzrə kadrların hazırlanması, BKK-nın maddi-texniki bazasının gücləndirilməsi, biznes qurumları və vətəndaş cəmiyyəti ilə əlaqələrin gücləndirilməsi, bu təhsil ocağına qəbulun prinsiplərinin dəyişdirilməsi, burada müxtəlif sosial təbəqələr üzrə İKT-dənə pullu kursların təşkil edilməsi, kadrların hazırlığının yüksəldilməsi öz əksini tapıb
Təhsil Nazirliyinin Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov çıxış edərək Dəyirmi Masada irəli sütrülən təkliflərin diqqətlə araşdılrılacağını qeyd edib.
Xeberler.az/Günel