Fontu böyüt:
Sosial şəbəkədə Prezident Adminstrasiyası rəhbərinin adından hesab açılıb
Facebook sosial şəbəkəsində ölkənin müxtəlif tanınmış simaları, ictimai-siyasi xadimlərinin adından hesabar peydə olmağa davam edir.
Qaynar.info xəbər verir ki, artıq 2 gündür ki, Facebook-da özünü Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev kimmi təqdim edən istifadəçi şəbəkədəki insanlarla dostluq təklifləri göndərir. Maraqlı olan odur ki, Ramiz Mehdiyevin dostluq təklifi göndərdiklərinin əksəriyyəti müxalifətçilərdi.
Ümid edirik ki, bu məsələ aidiyyatı orqanlar tərəfindən araşdırılar və həqiqət yaxın zamanda meydana çıxar. ÇÜnki son zamanlar ictimai fəaliyyəti ilə seçilən insanların adından bu kimi sui-istifadə halları virtual aləmdə bir xeyli artıb.