Fontu böyüt:
Dünyada mobil telefon istifadəçilərinin sayı 5 milyard nəfərə çatıb. Bu, İsveçin telekommunikasiya şirkəti olan “Ericsson” tərəfindən aparılan araşdırma nəticəsində məlum olub. Araşdırma əsas səbəb kimi Çində mobil telefonlara olan tələbatın artmasını göstərib. Həmçinin bildirilir ki, mobil telefon bazarında son 10 ildə 7 dəfə artım qeydə alınıb.
“2000-ci ildə bütün dünya üzrə mobil telefon sahiblərinin sayı 720 milyon nəfər olub. Bu isə hazırda Çində mobil telefon istifadəçilərinin yarısından da az göstərici hesab olunur”,- deyə “Ericsson”nun
məlumatında qeyd edilib.
Araşdırma Çin və Hindistanın bazarları sayəsində gün ərzində dünyada mobil istifadəçilərin sayının 2 milyon artığını müəyyən edib.