Fontu böyüt:
Xeberler.az saytında yeni layihə
Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az yenə sizi sevindirir. Hər zaman yeni layihələrlə görüşünüzə gələn saytımızdan daha bir yenilik. Bu gündən etibarən portalımızda Virtual Debat layihəsi start götürür. Hər həftə İKT sahəsində ən aktual mövzulara Virtual Debatda cavab tapılacaq. Bir mövzu ətrafında iki müxtəlif fikir olacaq Virtual Debatda.
Beləliklə, VİRTUAL DEBATın ilk həftəsində mövzu "Bloqçuya jurnalist demək olarmı?" olacaq. Debat iştirakçılarının adı yaxın günlərdə açıqlanacaq. Virtual Debat layihəsi ənənəvi hal alacaq.
Layihənin məqsədi Azərbaycanda internetin inkişafına nail olmaq, əhalinin İKT sahəsində maraqlandığı sualları cavablandırmaqdır.