Fontu böyüt:
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, dünya personal kompüter bazarının liderlərindən biri olan Tayvanın Acer şirkəti prezident vəzifəsinə Cim Vonqun təyin edildiyini bildirib.
Acer-də 1986-cı ildən çalışan 52 yaşlı C. Vonq bundan qabaq baş vitse-prezident və IT Products Group bölməsinin prezidenti vəzifələrini icra edirdi.
Xatırladaq ki, mart ayının sonunda 2008-ci ildən etibarən Acer-in prezidenti və icraçı direktoru vəzifəsində çalışan Canfranko Lançi istefa verib. Top menecerin şirkəti tərk etməsinin səbəbi isə onun direktorlar şurasının əksər üzvləri ilə Acer-in gələcək inkişaf istiqamətinə dair fikir ayrılıqları olub. Tərəflər hətta bir neçə aylıq dialoqdan sonra razılığa gələ bilməyiblər.