Fontu böyüt:
Konsorsiumun məqsədi medianın son durumunu təhlil etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq, problemlərin həlli istiqamətində iş aparmaqdır
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi (HVA AMK), Söz Azadlığını Müdafiə Komitəsi, Niderland Jurlanistika Məktəbi, Media Hüququ İnstitutu, “Turan” İnformasiya Agentliyi və Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsindən (AzNAN) ibarət yeni Media Konsorsiumu yaradıldı.
Konsorsiumun məqsədi medianın son durumunu təhlil etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq, problemlərin həlli istiqamətində iş aparmaqdır.
Konsorsium prioritet məsələ kimi Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılış məqsədlərinə uyğunluğu istiqamətində fəaliyyətinə, İnternet mediasının durumuna, reklam bazarının təhlilinə, qəzet yayımının, çap mediasının iqtisadi, hüquqi problemlərinə, eləcə də telekanalların birtərəfli fəaliyyətinə diqqət ayırıb. Aparılan araşdırmalar sonda hesabat şəklində ictimaiyyətə təqdim olunacaq.