21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və Kadrlar Şöbəsinin müdiri Bəxtiyar Məmmədov 10-11 mart 2009-cu il tarixlərində Fransanın Strasburq şəhərinə “Kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
Hər bir ölkənin milli təhlükəsizliyinə xətər yetirə biləcək kibercinayətkarlığa qarşı mübarizə istiqamətində dünya miqyaslı tədbirlərin qəbul olunması məqsədi ilə təşkil olunmuş konfransda iştirakçılar tərəfindən kibercinayətkarlıqda innovasiya texnologiyalarının istifadəsinin üsul və metodları müzakirə olunub. Həmçinin bu cür cinayətlərin qarşısının alınması istiqamətində müxtəlif strategiyalar ətrafında fikir mübadilələri aparılıb.
Xüsusən burada Avropa polisinin zabitlərini kibercinayətkarlıqla mübarizə taktikalarına öyrədəcək universitetlər şəbəkəsinin yaradılmasına dair qərar qəbul olunub. Avropanın İT-şirkətləri də bu təşəbbüsə qoşulmağa hazır olduqlarını bildiriblər.
Bundan əlavə B. Məmmədov həmçinin bu günlərdə “Kibercinayətlər haqqında” Konvensiya Komitəsinin (T-CY) Strasburqda keçirilən iclasında iştirak edir. Tədbirdə son zamanlar artan kibercinayətkarlığa dair müzakirələr aparılır.