İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Onlayn Media” Müsabiqəsinin təqdimat mərasimi keçirilib

11.12.2013 [16:32]

Fontu böyüt:      

Bu gün “Onlayn medianın inkişafına dəstək” Layihəsi çərçivəsində keçirilən “Onlayn Media” Müsabiqəsinin nəticələri açıqlanıb. Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz Təqdimat mərasimini açaraq Layihə haqqında, Onlayn Media Müsabiqəsi və keçirilən Təlimlər haqqında geniş təqdimatla çıxış edib.
Bu gün “Onlayn medianın inkişafına dəstək”  Layihəsi  çərçivəsində keçirilən “Onlayn Media” Müsabiqəsinin nəticələri açıqlanıb.
Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz Təqdimat mərasimini açaraq Layihə haqqında, Onlayn Media Müsabiqəsi və keçirilən Təlimlər haqqında geniş təqdimatla çıxış edib.
Onlayn Media Müsabiqəsi 15 sentyabrdan 01 dekabr tarixədək  davam edib. Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən  yazan 30  jurnalist və  bloqçu iştirak edib. Müsabiqəyə 30 yazı təqdim edilib və  27 yazı Müsabiqəyə qəbul edilib. Müsabiqə Qaydalarına cavab verməyən 2 yazı və münsiflər tərəfindən plagiat hesab olunan 1 yazı Müsabiqədən kənarlaşdırılıb. Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.

Həmçinin Müsabiqədə mikrobloqşular da iştirak edib.  70 mikrobloqçu qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə Twitterdə elektron hökumət quruculuğu ilə bağlı , e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı  500-dən çox  tvit yazıblar.
Məqalələri və tvitləri 10 ballıq sistemlə media və IT sahəsində ekspertlərdən ibarət Münsiflər qiymətləndiriblər.  Münsiflər tərəfindən verilmiş ballar əsasında qaliblər müəyyən olunub.
Yazı müsabiqəsində  1-ci yeri Rühiyyə Hüseynova (Aznews.az), 2-ci yeri Fərman Nəbiyev
 (Mingəçevir işıqları), 3-cü yeri isə 3 nəfər - Babək Cahandarov( gun.az), Günay Musayeva (musavat.com) və Aynurə Əhmədova ( ayna.az) qazanıblar.
Yazılar üzrə həvəsləndirici yerləri Elşad Paşasoy (musavat.com), Fərəh Sabirqızı (modern.az), Bəkir Nərimanoğlu ( mediaforum.az), Mustafazadə Mircavad(femida.az), Elxan Salahov(hafta-ichi.az), Mirvari Nəzərova( qaynarinfo.az), Aygün Cəfərli (kaspi.az), Nüsrət Zeynalov (gazete.az) və bloq yazarı , yeni media üzrə pedaqoq Səbinə İzzətli qazanıblar.

# ehokumət həçtəqi üzrə sosial mediada keçirilən yarışmada  1-ci yeri Ülkər Eldarqızı, 2-ci yeri Ramin İlyasov  və 3-cü yeri Kamran Novruzov  qazanıb.
#etehsil həştəqi üzrə sosial mediada keçirilən yarışmada 1-ci yeri Jalə  Səmədova, 2-ci yeri Ülkər Eldarqızı və 3-cü yeri Rəşad Mehdizadə  tutub.
Bu istiqamət üzrə də həvəsləndirici mükafatlar verilib.
Bütün qaliblərə və fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

Layihə çərçivəsində eyni zamanda jurnalistlərin professional hazırlığına kömək məqsədilə bir həftəlik Təlimlər keçirilib. Təlimlərdə 33 nəfər gənc jurnalist iştirak edib. Təlimləri yeni media və İT sahəsində tanınmış mütəxəssislər və ekspertlər Şaiq Muradov, Seymur Kazımov, Rəşad Əliyev, Ayaz Quliyev, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov  və Elektron Hökumət Portalının əməkdaşları  İlqar Abdullayev və Rahib Əliyev  aparıblar. Bu gün keçirilən Təqdimat mərasimində Təlimləri uğurla başa vuranlara Sertifikatlar da verilib.
Qaliblərin mükafatlandırılması mərasimində, hədiyyələrin və diplomların təqdim edilməsində Mətbuat Şurasının sədri Əflatun Amaşov, RTİN şöbə müdirləri Kamal Məmmədov və Rauf Cabbarov, Nar Mobile-in rəsmi nümayənsədi Nigar Arpadarai, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov , Elektron hökumət Portalının nümayəndəsi Vüqar Abdullayev, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, Media ekspertlər Ələsgər Məmmədli,  Seymur Kazımov, Azər Həsrət, MediaForum-un redaktoru  İsmayıl İsmayılov,  AMEA İT  İnstitutunun şöbə müdiri Rasim Mahmudov və  yeni media üzrə mütəxəssislər, pedaqoqlar iştirak edib və çıxış ediblər.
 “İKT İli” çərçivəsində həyata keçirilən Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə Multimedia Mərkəzi tərəfindən həyata keçirilib.
Təqdimat mərasimindən hazırlanan fotolar :
https://www.facebook.com/media/set/?set=a.327883980684485.1073741842.159001754239376&type=1

Geniş məlumat: www.telim.org

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar