Fontu böyüt:
Artıq bir necə operatorla bu barədə razılıq əldə edilib.
Bu gün Azərbaycanda internetin, əsasən geniş zolaqlı çıxışın qiymətləri region üçün orta qiymətlər sayılır. Bu barədə jurnalistlərə açıqlamasında rabitə və informaisya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki, Azərbaycanın bu gün iqtisadi inkişaf aktivliyi yüksəkdir. Bu tempə cavab vermək üçün də internetin qiymətləri bir neçə dəfə aşağı salınmalıdır. «Belə bir addım atmaq üçün biz Tarif Şurası ilə razılaşdıraraq, bir neçə resursların və kanalların qiymətini aşağı salmışıq».
Nazir bir neçə böyük operatorlarla internetin qiymətinin yaxın 15 gündə ən ən azı iki dəfə aşağı salınması barədə razılıq əldə edildiyini deyib. «Bu tendensiya davam edəcək. Bu il biz regionda ən aşağı qiymətlər olan internet istifadəçisinə çevriləcəyik», deyə Ə. Abbasov qeyd edib./ANS PRESS/
xeberler.az/Ellada