Fontu böyüt:
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai səhifəsi adıyla fəaliyyətə başlayan Facebook səhifəsi iyun ayının 30-da yaradılıb. Bu səhifədə butun suallar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin resmisi terefinden cavablandirlir.
Səhifənin ilk yazısında göstərilir: "Bakı Şəhər Baş Dövlət Yol Polisi ictimai əlaqələri daha da gücləndirmək və daha dolğun məlumatlandırmaq üçün artıq Facebook sosial şəbəkəsindədir. Bundan sonra keçiriləcək tədbirlər haqqında, buradan da məlumat verəcəyik. Hər həftə Sizə maraqlı olan, üzləşdiyiniz yol hərəkəti problemləri ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov suallarınızı cavablandıracaq!!!"
Səhifədə müxtəlif məsləhətlər, məlumatlandırıcı və xəbərdaredici videolar yerləşdirilib... Hazırda səhifəni bəyənən istifadəçilərin sayı 1700 nəfərə yaxındır və sürətlə artır
Səhifəyə üzv olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai səhifəsi