İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Kompüter informasiya bazasından oğurluq edən qrupun məhkəməsi tarixə salındı

30.09.2010 [17:50]

Fontu böyüt:      

Bu gün Bakı Apellyasiya Məhkəməsində kompüter informasiya bazasına daxil olaraq, xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərini talanması ilə məşğul olan dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində kompüter informasiya bazasına daxil olaraq, xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərini talanması ilə məşğul olan dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası keçirilib.  Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər birinci instansiya məhkəməsinin qəbul etdiyi protokollarla tanış olmaq üçün vaxt istəyiblər. Hakim isə onların vəsatətini təmin edərək, məhkəməni qeyri müəyyən vaxtadək təxirə salıb.

İttihama görə, təqsirləndirilən Azərbaycan vətəndaşları Elqan Vəliyev, Ruslan Həsənov, Elçin Abbasov, Abidin Həsənzadə, Suriya Ərəb Respublikasının vətəndaşı İbrahim Məhəmməd Əhməd oğlu və adları açıqlanmayan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, Elçin Abbasovun adına "Nur-AB" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçiriblər.

Mütəşəkkil dəstənin əcnəbi üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirliklər, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartların nömrə və kodlarını qeyri-qanuni şəkildə əldə edərək dəstənin Azərbaycandakı üzvlərinə göndəriblər. Qanunsuz əldə olunan həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə kredit kartlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən "Nur-AB" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "POS-terminal" vasitəsilə təxminən 300 min AZN məbləğində pulun "Nur-AB" MMC-nin hesabına köçürülməsinə nail olublar.

Dəstə tərəfindən "POS-terminal" vasitəsilə təkcə Almaniya banklarının müştərilərinin plastik kartlarının kodlarından istifadə edilərək 130 min AZN məbləğində saxta nağdsız hesablaşma əməliyyatları aparılıb, həmin vəsaitin "Nur-AB" MMC-nin hesabına köçürülməsi təşkil edilib və 2009-cu il may ayının əvvəlində 54 min manat məbləğində pul vəsaiti "Nur-AB" MMC-nin bank hesabından çıxarılıb. Dəstənin üzvləri ümumi vəsaitin 73 min manatdan artıq qalan hissəsini isə əvvəlki üsulla bir neçə dəfə hesablardan çıxarmağa cəhd etsələr də, Bakıda fəaliyyət göstərən kommersiya banklarından biri tərəfindən "Nur-AB" MMC-nin hesabı bloklaşdırıldığından onlar öz məqsədlərinə nail ola bilməyiblər.

mənbə: APA


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar