İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

RİTN-də 2009-cu ilin 9 ayın yekunlarına dair kollegiya iclası keçirilib

19.10.2009 [19:21]

Fontu böyüt:      


İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən müddət ərzində ölkə iqtisadiyyatının bütün sahələrində sürətli inkişafa nail olunduğunu qeyd edib.

Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə başçısının proqram xarakterli çıxışında səslənən fikirlərindən və bu sahədə irəli gələn vəzifələrdən danışan nazir bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları sahəsində də qənaətbəxş nailiyyətlər əldə olunduğunu bildirib. Nazir öz çıxışında ölkə ərazisinin tamamilə telefonlaşdırılması, əhalinin internetə çıxış imkanlığının daha da asanlaşması, regionlarda genişzolaqlı internet xidmətlərinin tətbiqi və TAE fiber-optik kabel xəttinin genişləndirilməsindən danışaraq, digər həlli vacib olan məsələlərə də toxunubDaha sonra, Nazirliyin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev 2009-cu ilin I rübünün yekunları ilə bağlı məruzə ilə çıxış edib.

Hesabat dövründə əldə olunan uğurları diqqətə çatdıran məruzəçi bildirib ki, 2009-cu ilin 9 ayı ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 778,6 milyon manat təşkil edib. Məruzədə bildirilib ki, respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 01.10.2009-cu il tarixinə olan məlumata görə, 84,2%-ə, Bakı şəhər telefon şəbəkəsində və respublikanın digər bölgələrində isə müvafiq olaraq 85,7 və 82,6%-ə çatdırılıb. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı   15,7 ədəd təşkil edib. Bu göstərici Bakı şəhəri üzrə 34,2 ədəd, respublikanın digər ərazilərində isə 10,2 ədədə yüksəlib. İlin əvvəli ilə müqayisədə hesabat dövründə mobil abunəçilərin sayı 752 000 nəfər artaraq 7 300 000 çatdırılıb ki, bu da hər 100 nəfər əhaliyə 82,0 mobil abunəçinin düşməsi deməkdir. Cari ilin əvvəli ilə müqayisədə respublika üzrə genişzolaqlı internet abunəçilərin sayı 1,5 dəfə artıb.

Hazırda Bakı şəhəri ilə yanaşı, bu xidmətin təşkil olunduğu şəhər və rayonların sayı 50-yə çatdırılıb.  Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 8,0 ədədə, internet istifadəçilərinin sayı 37,0-yə bərabər olub. İclasın sonunda məruzədə səslənən fikir və təkliflərlə bağlı qərar qəbul olunub


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar