Fontu böyüt:
Türkiyə hökuməti bütün ölkə vətəndaşlarının elektron poçt ünvanı ilə təmin edilməsinə dair qərar qəbul edib. ITP-nin məlumatına görə, “Anapost” adlanan müvafiq layihə çərçivəsində poçt ünvanları insan anadan olduğu andan onun sənədlərinə daxil ediləcək.
Türkiyədə 700 milyon insan yaşayır ki, onlardan hər biri ümumi həcmi 10 geqabayta qədər olan fayl və məktubları saxlamağa qadir olan poçt qutusu alacaq. Layihənin proqram hissəsi hazırdır və artıq sınaqdan keçirilir.
Bu xidmətin 2010-cu ildə istismara veriləcəyi bildirilir. Layihənin uğur qazanacağı halda onun yalnız Türkiyədə deyil, Yaxın Şərqin digər ölkələrində də məşhurlaşacağı ehtimal edilir.