Fontu böyüt:
Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının iclası keçirilib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin də qatıldığı iclasda İTV baş direktorunun seçilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində İsmayıl Ömərov yenidən İTV-nin baş direktoru seçilib. Yayım Şurasının 9 üzvü onun lehinə səs verib.
Qeyd edək ki, İTV-nin baş direktorunu seçmək üçün İctimai Televiziya və Radio Yayımları Şurasının elan etdiyi müsabiqə martın 31-dən aprelin 7-dək davam edib.