İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Nokia” mənzil-qərargahını “Microsoft” korporasiyasına təhvil verəcək

22.11.2013 [12:23]

Fontu böyüt:      

2014-cü ilin birinci yarısından etibarən Finlandiyanın “Nokia” şirkətinin telefon biznesi ABŞ-ın “Microsoft” korporasiyası tərkibinə daxil olacaq (“Nokia” şirkətinin telefon biznesini “Microsoft” satın alıb).
2014-cü ilin birinci yarısından etibarən Finlandiyanın “Nokia” şirkətinin telefon biznesi ABŞ-ın “Microsoft” korporasiyası tərkibinə daxil olacaq (“Nokia” şirkətinin telefon biznesini “Microsoft” satın alıb). Bununla əlaqədar şirkətin smartfon istehsalı ilə məşğul olan 32 min əməkdaşı, o cümlədən Finlandiyada çalışan 47 min nəfər ABŞ korporasiyasına işləməyə keçəcək. 
Finlandiya işçi heyətinin əksər hissəsi satılan və mənzil-qərargahı Espo şəhərində yerləşən “Devices & Services” bölməsində çalışır. Məhz onlar “Microsoft”un fəaliyyətə başlayacaq baş ofisdə işlərini davam etdirəcəklər.
Qalan işçilər (əsasən menecer və texniki işçilər) binanı tərk edərək “Nokia”nın telekommunikasiya avadanlığı istehsalı üzrə bölməsinin yerləşdiyi “Karaportti” ofisinə keçməli olacaqlar. Şirkət nümayəndəsi Ceyms Etericin sözlərinə görə, hazırda bu binada təmir işləri aparılır.
Qeyd edək ki, şirkət Finlandiya körfəzi sahilində yerləşən, şüşə və poladdan ibarət 3 binalı “Nokia House” adlı mənzil-qərargahını biznesinin çiçəkləndiyi 1990-cı illərdə inşa edib. 2012-ci ildə bu kompleks 170 milyon avroya yerli “Exilion” daşınmaz agentliyinə satılıb, lakin istehsalçı orada uzunmüddətli icarə əsasında fəaliyyətini davam etdirib. “Microsoft”un “Exilion” ilə imzalanan saziş üzrə öhdəlikləri öz üzərinə götürəcəyi və binanı satın almayacağı gözlənilir.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar