Fontu böyüt:
Sosial şəbəkə porno saytı bağlamaqda iddialıdır.
Xeberler.az qərb mediasına istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsi onun adından istifadə etməkdə ittiham etdiyi “Faceporn” saytını məhkəməyə verib. İttiham irəli sürüldükdən sonra “Faceporn” saytının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, sosial şəbəkə məhkəmədən pornosaytın fəaliyyətinin tamamilə dayandırılmasını, həmçinin faceporn.com domeninin onlara verilməsini tələb edir. “Facebook” rəhbərliyi bu addım ilə öz brendlərinin bütövlüyünü qorumaq istədiklərini bəyan ediblər.