İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02.04.2009 [14:01]

Fontu böyüt:      


 İctimai Televiziya və Radio Yayımları Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun səlahiyyət müddəti başa çatdığına görə bu vəzifəni tutmaq üçün martın 31-dən aprelin 7-dək müsabiqə elan edib. Yayım Şurasının rəhbəri Cahangir Məmmədlinin məlumata görə, sənəd qəbulunun müddəti səkkiz gündür. Sənədlər istirahət günündən başqa hər gün saat 10.00-dan 18.00-dək İTV-nin binasında qəbul edilir.

 C. Məmmədli deyib ki, hələlik müsabiqəyə 3 nəfər namizəd sənəd təqdim edib: “Mən elə hesab edirəm ki, bu dəfə keçirilən müsabiqə 2005-ci ildəki qədər gərgin keçməyəcək. Çünki artıq Yayım Şurasının bu sahədə təcrübəsi var. Keçən müsabiqədə teleradio jurnalisti olmayan çoxlu sayda insan iştirak etmişdi. Ona görə də bu dəfə əsas tələb kimi iştirakçıların teleradio sahəsində təcrübəsinin olması götürülür. Mənə elə gəlir ki, müsabiqədə heç bir problem olmayacaq, müsabiqəyə ən məsuliyyətli şəxslər qatılacaq”.

Yayım Şurasının sədri deyib ki, hələlik İTV-nin baş direktoru İsmayıl Ömərov müsabiqəyə namizədliyini təqdim etməyib: “Qanuna əsasən, hazırkı baş direktor yenidən bu vəzifəni tutmaq üçün namizədliyini verə və bu vəzifəyə seçilə bilər. Lakin mən bilmirəm ki, İsmayıl Ömərovun öz arzusu necə olacaq, namizədliyini irəli sürəcək ya yox. Yəqin ki, bu, 2-3 günə məlum olacaq”.

Qeyd edək ki, müsabiqədə iştirak etmək arzusunda olanlar Yayım Şurası sədrinin adına ərizə, şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında diplomun notariusda təsdiq olunmuş surəti, əmək kitabçasından çıxarış, tərcümeyi-hal və 3-4 ölçüdə 2 ədəd foto-şəkil təqdim etməlidirlər. APA


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar