Fontu böyüt:
ABŞ bazarında ən ekoloji telefon Samsung Reclaim-dir. Bu Şimali Amerika bazarında ekoloji təhlükəsiz plastikadan hazırlanmış ilk telefondur. Mobil cihaz form-faktor slayder kimi istehsal edilib. Korpusunun parlaq yaşıl rəngdə olması telefonun ekologiyanı nəzərə aldığını xatırladır.
Mobil telefonun istifadə müddəti bitdikdən sonra yenidən düzəltmək olur. Telefonun qablaşdırılmasında 70% elə materiallardan hazırlanmışdır ki, onları ikinci dəfə yenidən bərpa etmək olur. Materialların tərkibində poliqrafiya üçün təhlükəsiz soyalı boyalar istifadə edilib.
“Eco” mobil telefonun digər xüsusiyyəti isə elektroenerjiyə az qənaət edə bilməsidir. Reclaim batareyasına enerji yığanda Energu Star-a nisbətən 12 dəfə az enerji tələb edir.
Sprint operatoru ilə müqavilə imzalandıqdan sonra ABŞ-da mobil telefonun qiyməti 50 dollar olacaq.