İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnterpolun axtardığı erməni haker tutulub

06.11.2010 [09:39]

Fontu böyüt:      

27 yaşlı erməni Qevork Avanesov kibercinayətkarlıq, çirkli pulların yuyulmasında təqsirləndirilir

27 yaşlı erməni Qevork Avanesov kibercinayətkarlıq, çirkli pulların yuyulmasında təqsirləndirilir İnterpol tərəfindən axtarışda olan 27 yaşlı erməni haker həbs edilib. Əslən erməni olan Rusiya vətəndaşı Qevork Avanesov bu ilin oktyabr ayının 1-dən Hollandiyada axtarışa verilib. O, cinayətkar qrupun üzvü kimi kibercinayətkarlıq, çirkli pulların yuyulması kimi maddələr üzrə axtarışda olub. Kibercinayətkarın Hollandiyada həbs edilməsi planlaşdırılsa da, Avanesov son anda marşrutunu dəyişərək Ermənistana uçub və elə aerportda yerli polis tərəfindən saxlanılıb. Bu, Rusiya hüquq mühafizə orqanlarının əməkdaşlarının işə cəlb edilərək, haker haqqında Hollandiya polisinin sorğusunu İrəvana ötürməsi sayəsində mümkün olub. Erməni dələduz qeyri-qanuni olaraq kompüter şəbəkəsinə daxil olmaqda, kodların sındırılmasında ittiham edilir.

Polisin məlumatına görə, 27 yaşlı haker dünyanın bütün kodu sındırılmış kompüterlərinin daxil olduğu şəbəkəyə rəhbərlik edib, bot-şəbəkələrdə (robot və network sözlərindən yaranıb. Şəbəkə adətən qeyri-qanuni fəaliyyətlər üçün - spam göndərilməsi, silinmiş sistemlərdə parolların bərpasında və s. istifadə edilir) ixtisaslaşmış başqa haker qrupları ilə əməkdaşlıq edib. Hollandiya prokurorluğunun açıqlamasına görə, Avanesov qeyri-qanuni fəaliyyəti nəticəsinə həftədə 100 min avro qazanc əldə edib. Onun əmək haqqının böyük hissəsi isə bot-şəbəkənin icarəsinə, qeyri-qanuni kommersiya əməliyyatlarının həyata keçirilməsinə, hücumlara, eləcə də spamların göndərilməsinə sərf edilib.

Qeyd edək ki, həbs edilməmişdən qısa müddət öncə haker Seyşel adalarından tətildən qayıdıbmış. Hobbi olaraq isə o, musiqi və bir neçə klubda DJ fəaliyyəti ilə məşğul olub. Onun işi barədə rəsmi məlumat yoxdur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar