İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Cybernet şirkəti Azərbaycanda data-mərkəzlərinin qurulması sahəsində Avropa təcrübəsini təklif edir

30.09.2014 [15:09]

Fontu böyüt:      

Azərbaycanda iri həcmli və müasir tələblərə cavab verən məlumat mərkəzlərinin (data-mərkəzlərin) qurulması ilə bağlı dövlət qurumları və özəl şirkətlərlə danışıqlar aparılmışdır.

Azərbaycanda iri həcmli və müasir tələblərə cavab verən məlumat mərkəzlərinin (data-mərkəzlərin) qurulması məqsədilə sentyabr ayı ərzində "Synergy Group"un üzvü olan “Cybernet” şirkətinin təşkilatçılığı ilə bir sıra dövlət qurumları və özəl şirkətlərlə danışıqlar aparılmışdır.

“Data Center Plan” (DCP) komandasına daxil olan şirkətlərin nümayəndələrinin də iştirak etdiyi danışıqlardan məqsəd Azərbaycan üçün yeni olan bu biznesin ölkəmizdə yaradılması və inkişaf etdirilməsidir.

Layihə çərçivəsində Azərbaycan, Sloveniya və Çexiyada təşkil olunmuş çoxtərəfli görüşlər nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət qurumları üçün uyğun bir model seçilmiş, biznes plan da hazırlanmışdır. Hazırki mərhələdə layihəyə maraq göstərən dövlət qurumlarının və şirkətlərin işçi qruplarının təcrübə mübadiləsi və mövcud sistemlərlə tanışlığı məqsədilə Sloveniya, Çex Respublikası və Rumıniyaya səfərləri planlaşdırılmışdır.

Azərbaycanın telekommunikasiya qurumları ilə “Cybernet” şirkəti və DCP üzvlərinin görüşü effektivliyi ilə seçilərək, növbəti mərhələdə 2 həftəlik təlim, tədris, analiz və təcrübə mübadiləsi proqramının hazırlanması planlaşdırılmışdır.

Xatırladaq ki, innovativ və perspektivli layihələri ilə seçilən Cybernet şirkəti 2013-cü ildən DCP komandasına üzv olmuşdur. Data-mərkəzlərin qurulması sahəsində geniş təcrübəyə malik DCP qrupuna Fransa, ABŞ, Rumıniya, Sloveniya, Çexiyadan və s. ölkələrdən olan bir sıra informasiya texnologiyaları, avadanlıq istehsalı, sənaye, tikinti və konsaltinq şirkətləri daxildir. Qeyd edək ki, IBM, Legrand və Caterpillar şirkətləri də DCP komandasının üzvüdürlər.

2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İKT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin

tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir. (trend.az)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar