Martın 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 9194 ədəd təşkil edib ki, bu da 2013-cü ilin yanvar ayının yekunları üzrə göstəricilərlə müqayisədə 4952 ədəd çoxdur. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi "Elektron hökumət"in bülletenində deyilir.
Martın 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 9194 ədəd təşkil edib ki, bu da 2013-cü ilin yanvar ayının yekunları üzrə göstəricilərlə müqayisədə 4952 ədəd çoxdur. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi "Elektron hökumət"in bülletenində deyilir.MHM-in məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 5309 ədəd düşüb, 220 ədəd hüquqi şəxslərə və 3665 ədəd isə vətəndaşlara verilib.Mərkəzin məlumatına görə, "Elektron hökumət" portalında (ehdis.az) qeydə alınan fəal istifadəçilərin sayı 4277-yə çatıb.Fevral ayı ərzində portalın unikal ziyarətçilərinin sayı 22 729 təşkil edib.Martın 1-nə olan vəziyyətə görə, təsdiq edilmiş elektron xidmətlərin sayı 417 ədəd təşkil edib və portalda 183 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 347 ədəd təşkil edir.Fevral ayı ərzində dövlət qurumlarının 155 elektron xidmətindən 13 025 nəfər istifadə edib, halbuki yanvar ayında istifadəçilərin sayı 12 438 olub.