Fontu böyüt:
Dünyanın ən məşhur internet axtarış sistemi olan Google şirkəti 2010-cu ilin üçüncü rübündə 2,2 milyard dollar xalis gəlir əldə edib. Bu, ötən ilin analoji dövrü (1,6 milyard dollar) ilə müqayisədə 32 faiz çoxdur.
Google-nin 2010-cu ilin üçüncü rübündə mədaxili da 23 faiz artıb və 7,3 milyard dollar təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 5,9 milyard dollar təşkil etmişdi. Ekspertlərin fikrincə, ücüncü rübdə şirkətinin fəaliyyətinin yekunları gözləniləndən yüksək olub. Qeyd edək ki, 2009-cu ildə Google 6,5 millyard dollar qazanmışdı. Ötən il şirkətin mədaxili 23,7 milyard dollar olmuşdu.