İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Google-də ermənilərin növbəti təxribatı (FOTO)

01.10.2010 [17:50]

Fontu böyüt:      

Google Earth dünya xəritəsində Naxçıvan Muxtar Respublikasında yerləşən Kərki kəndi “Tigranashen” kimi adlandırılıb. Qeyd edək ki, bu, Azərbaycanın bölgə adlarının dəyişik və fərqli adlarla verilməsi ilk hal deyil.

Google Earth dünya xəritəsində Naxçıvan Muxtar Respublikasında yerləşən Kərki kəndi “Tigranashen” kimi adlandırılıb. Qeyd edək ki, bu, Azərbaycanın bölgə adlarının dəyişik və fərqli adlarla verilməsi ilk hal deyil.

Ölkəmiz haqqında yetərincə informasiyanın, fəal və savadlı internet istifadəçilərinin az olması nəticəsində internet xəritələrində gah Azərbaycan ərazisi təhrif edilir, Qarabağ, hələ bu azmış kimi Naxçıvan da Ermənistanın tərkib hissəsi kimi göstərilir, gah da Azərbaycanın ərazi adları tamamilə başqa dildə, başqa adda, bəzən də sırf erməni mənşəli adlarla qeyd edilir.

Xatırladaq ki, Google Earth xəritəsində coğrafi adlar, ərazilər istifadəçilər tərəfindən yaradılır. Qeydiyyatdan keçən hər bir internet istifadəçisi xəritədə dəyişiklik edə, ərazilərə adlar qoya və şəkillər yerləşdirə bilər.

Google günahkar deyil

Google Earth-də Kərki kəndinin “Tigranashen” kimi adlandırılmasına İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu belə münasibət bildirdi: "Bu, əslində Google-nin günahı deyil, Google Earth hər kəs üçün açıq imkan yaradıb. Dünyanın istənilən yerini işarələr ilə bu xəritədə müəyyən etmək olar. Məsələn mən öz yaşadığım yeri və ya işlədiyim məkanı burada işarələyə bilərəm. Bu zaman xəritədə ora yaxınlaşdıqda həmin iş yerinin və ya evin adı, ünvanı yazıla bilər. Kərki  kəndini “Tigranashen” olaraq böyük ehtimalla hansısa bir erməni fəalı qeydiyyata salmışdır və Google map-ə o ad ilə işarələnmişdir”.

Bəs günahkar kimdir?

Mətbuatda dəfələrlə internet məkanında Azərbaycana qarşı edilən təxtibatlar, Bingdə və Google-də ölkəmizin bölgə adlarının yalnış göstərilməsi məsələlərindən yazılıb. Bu kimi nöqsanların aradan qaldırılması üçün müxtəlif aidiyyatlı qurumlara, internet bilicilərinə müraciət etmişik. Belə qənaətə gəlmişik ki, Azərbaycanın dünya xəritəsində ərazisinin təhrif edilməsi, regionlarımizin erməni mənşəli adlarla göstərilməsinin günahkarını kənarda axtarmaq lazım deyil. Azərbaycanda savadlı internet istifadəçilərinin çox az olması, gənclərin daha çox əyləncə saytlarında və çatlarda vaxt keçirməsi  özümüzün bir nömrəli problemlərimizdən biridir. Azərbaycanlı gəncin əyləncəyə sərf etdiyi vaxtı erməni gənci ölkəsinin siyasi maraqlarını həyata keçirməklə məşğul olur. Təbii ki, erməni lobbiçiliyinin də burada böyük rolu vardır.

Xatırladaq ki, indiyədək Azərbaycan haqqında səhv və təhrif olunmuş informasiyanın düzəldilməsi ilə bağlı fəaliyyət göstərən heç bir internet qurumu yoxdur.

Vüsalə Əlövsətqızı
Milli.Az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar