İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dövlət Fondu Finlandiyanın Texnologiyalar Agentliyi ilə əməkdaşlıq edəcək

04.11.2014 [21:33]

Fontu böyüt:      

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) nümayəndə heyəti Finlandiyanın Texnologiyalar və İnnovasiyaların Maliyyələşdirilməsi Agentliyinin (Tekes) dəvəti ilə Helsinki şəhərinə səfər edib

Oktyabrın 29-u noyabrın 1-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) nümayəndə heyəti Finlandiyanın Texnologiyalar və İnnovasiyaların Maliyyələşdirilməsi Agentliyinin (Tekes) dəvəti ilə Helsinki şəhərinə səfər edib.

Tekes Finlandiyada 80-ci illərdə innovasiyaların və texnologiyaların iqtisadi və sosial ehtiyacların qarşılanmasında şirkətlərin payını və təsirini artırmaq, həmçinin rəqabət gücünü yüksəltmək məqsədilə yaradılıb. Adı çəkilən qurum dövlətin adından yeni yaranan şirkətlərə qrantlar vasitəsilə birbaşa maliyyə yardımlarının edilməsi, güzəştli kreditlərin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi, xarici bazarlara çıxışa yardım etmək və bu kimi digər vasitələrlə dəstək verir. Sənaye və Məşğulluq Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tekes Finlandiyanın innovativ infrastrukturunun təməli hesab olunur. Finlandiyada innovasiyaların, texnologiyaların, tədqiqat və araşdırmaların maliyyələşdirilməsinin böyük hissəsi Tekes vasitəsilə həyata keçirilir.

Tekes innovasiya və informasiya texnologiyaları sahəsində layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi üzrə böyük təcrübəyə malikdir. Qurum çoxlu sayda innovativ, texnoloji, tədqiqat və inkişafa yönələn layihələr, habelə startap layihələrinin həyata keçirilməsinə dəstək olub.

Tekesdə keçirilən görüşlərdə agentliyin reallaşdırdığı müxtəlif proqramların təqdimatları keçirilib.

Eyni zamanda, qarşı tərəfə Azərbaycanda İKT sahəsində sahibkarlığın inkişafı istiqamətində görülən işlər, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verilib.

Keçirilən görüşlərdə iki qurum arasında əməkdaşlığı inkişaf etdirmək istiqamətində fikir mübadiləsi aparılıb və növbəti il Tekes nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Avropanın ən böyük biznes parklarından biri olan “Spektri”-də olub, habelə orda fəaliyyət göstərən, proqram təminatı və həllər sahəsində ixtisaslaşmış “Ecolane” şirkətində görüş keçirilib. Adı çəkilən şirkətin fəaliyyətinin genişləndirilməsi Tekesdən aldığı qrant vasitəsilə reallaşıb.

Görüş zamanı bu təcrübənin öyrənilərək gələcəkdə fondun fəaliyyətində tətbiqi müzakirə olunub. 

Mənbə: mincom.gov.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar