Fontu böyüt:
Britaniyanın Ali Məhkəməsi mikrobloqlar saytına professional futbolçu haqqında konfidensial məlumatları dərc edən istifadəçilərin adlarının aşkarlanmasına dair göstəriş verib.
Adı açıqlanmayan idmançı onun şəxsi həyatı ilə bağlı müəyyən şərhlərin dayandırılmasını tələb edib.
Məhkəmə prosesi sosial şəbəkələri şəxsi həyatın qorunması ilə bağlı debatların mərkəzinə keçirmiş olub.
Hərçənd ki, bəzi hüquqşünaslar məhkəmə işinin tutarlı olmadığını deyirlər.
Belələri, Twitterin Amerikada mənzilləşdiyi üçün saytın İngiltərə yurisdiksiyasından kənar olduğunu bildirirlər.