Fontu böyüt:
Notebooklar üçün nəzərdə tutulan və həmişə daşınması çətin olan AC adaptrları yaxın zamanlarda GaN (gallium-nitride) tranzistorlu kiçik güc qaynaqları ilə əvəz olunacaq.
Fujitsu-nun yaratdığı bu cihazın daşınması çox asandır. Üstəlik çox da yer tutmur. Araşdırmaçı Toshihide Kikkawa deyib ki, “5 il ərzində AC adapterlərini texnologiya dünyasından tamamilə silmək imkanımız olacaq”. Fujitsu-nun istehsal edəcəyi cihaz notebook aksesuarı kimi hazırlanacaq.