Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, növbəti Azərbaycan-Amerika informasiya-kommunikasiya texnologiyaları (İKT) forumu 2009-cu ilin fevralında keçiriləcək. Forum çərçivəsində Kaliforniyanın İKT şirkətləri respublikanın informasiya texnologiyaları sektorunda baş verən yeniliklərlə tanış olacaq, “Microsoft”, “Cisco”, “İntel” şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinin sürətləndirilməsi məsələsi müzakirə olunacaq.