Elektron hökumətin qurulmasının vacibliyindən, bunun bütövlükdə cəmiyyətə hansı faydaları gətirə biləcəyindən və prosesin icrasında nə kimi maneələrin mövcudluğundan danışıldı
"Gənclərin səsi" radiosunda yayımlanan "Vəlvələ" verlişinin bu dəfəki efirində elektron hökumət məsələsi müzakirə olundu. Verlişin qonağı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz idi. O, elektron hökumətin qurulmasının vacibliyindən, bunun bütövlükdə cəmiyyətə hansı faydaları gətirə biləcəyindən və prosesin icrasında nə kimi maneələrin mövcudluğundan danışdı.
Bundan əlavə verlişdə dövlət orqanlarının rəsmi saytının olması, elekton hökumətin mahiyyəti, dövlətin buna hazır olub – olmaması, MDB ölkələrində elektron hökumət və s. məsələlər müzakirə olundu.
Verlişin səs yazısını
buradan dinləyə bilərsiniz.